Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, ) — çeçen xalq şairəsi. Əhmədovanın şerləri dünya miqyasında etnik çeçenlər və inquşlar arasında məşhur olmuşdur. Ancaq rus qüvvələri Birinci Çeçen müharibəsi zamanı Çeçen Milli Arxivlərini yandırıdğı zaman bütün arxivi (600-dən çox material daxildir) yox edilmişdir. Əhmədova Native Republic (1958), Strike me in the Face, Wind (1959), Im coming to You (1960), Difficult Love (1963) ve Revelation (1964) şer topluları ilə məşhurlaşmışdır.

Həyatı 13 dekabr 1928-ci ildə işçi sinfinə aid ailənin övladı olaraq dünyaya gəlmişdir. 1943-cü ildə Qroznı Pedoqoji Məktəbindən məzul olmuşdur. 1946-cı ildən 1956-cı ilə qədər ailəsi ilə birlikdə sürgündə olmuşdur. Bu sürgün zamanı bütün çeçen xalqı Stalin rejimi tərəfindən sürgünə məruz qalmışdı. Sürgündə olduğu Qazaxıstanda məktəb müəllimi kimi çalışmışmağa başlamışdır. 1958-ci ildə - sürgündən geri qayıtdıqdan sonra Ədəbiyyat İnistitutunda Ali Ədəbiyyat Kurslarına qəbul olmuşdur.The Chechens. Amjad Jaimoukha, 2005 . -

Xeyli sayda kitabı nəşr edilmiş və ya dəfələrlə nəşr edilmişdir. "Çeçen-İnquş xalq şairi" adını alan yeganə qadın şairədir. Çeçen ədəbiyyatında ilk dəfə qadın qəhrəmanları cəmiyyəti həyatına aktiv rol olaraq qatılan fərdlər olaraq göstərmişdir. "Ən bahalı" silsilə əsərində Əhmədova ana vətən, sülh cə dostluq haqqında yazmışdır. Kitabları bir çox SSRİ xalqının dilinə nəşr edilmişdir və bundan əlavə hind, ingilis, fransız, latış və alman dillərinə tərcümə edilmişdir.

İctimai həyatda aktiv rol oynamışdır. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Yazıçılar İttifaqının (1961-1983) rəhbəri, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti (1963-1985) rəhbəri, CPSU XXII Konqresi nümayəndəsi, Dünya Ümumi Silahsızlanma və Sülh Konqresinin üzvü olmuşdur. Uzun illər Sovet Sülh Komitəsinin ən aktiv üzvlərindən biri olmuşdur. Həyatının son illərində Sovet Mədəniyyət Fondunun respublikaçı şöbəsinə rəhbərlik etmişdir.

Bəzi araşdırmaçılar əsərlərinin bütün arxivinin Birinci Çeçen müharibəsi zamanı yox edildiyini irəli sürür.

Əsərləri Хьоме республика (Республика родная) (1957) Бей мне, ветер, в лицо (1959) Иду к тебе (1960) Трудная любовь (1963) Откровение (1964).

Həmçinin bax Çeçenlər

İstinadlar

Xarici keçidlər Chechnya Free.ru Article on Raisa Akhmatova Mirslov Encyclopedia Article Entry KavkazChat Thread on Raisa Akhmatova

Kateqoriya:Çeçenlər Kateqoriya:SSRİ şairləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Çeçenlərin və inquşların deportasiyasının qurbanları Kateqoriya:SSRİ publisistləri