Ümid Nəccari (15 aprel 1989, Təbriz şəhəri, Şərqi Azərbaycan ostanı, İran İslam Respublikası) — Şair, yazar, tərcüməçi, publisist, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti, Qazaxıstanın Şakərim Universitetinin fəxri professoru, Dünya Gənc Türk Yazarlar Birliyinin idarə heyətinin üzvü və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü, "Leopold Sedar Senqor" ədəbiyyat, mədəniyyət və incəsənət Akademiyasının həqiqi üzvü.

Həyatı 250px|thumb|right|2019-cu ildə Bakı şəhərində çap olunmuş "Qaranlığın fotosu" şeirlər kitabının üz qabığı. Ümid Nəccari 1989-cu il aprelin 15-də Təbriz şəhərində anadan olub. İlk təhsilini Təbriz şəhərində almışdır. 2008–2009-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında Elektronika fakültəsində oxumuşdur. 2016–2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə təhsil almışdır. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.

Ümid Nəccari 18 mart 2022-ci ildən Avropanın məşhur Beynəlxalq IWA Bogdani Ədəbiyyat Birliyinin aktiv üzvüdür. 26 aprel 2023-cü il tarixində isə Ümid Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının vitse-prezidenti seçilib. 3 yanvar 2025-ci ildə Nəccari Yunanıstanın Beynəlxalq Farsala Fəlsəfə və İncəsənət Akademiyasının üzvü seçilib.ΑΚΑΔΗΜΙΑ ΦΑΡΣΑΛΩΝ μέλος Ελπίδα Νατζάρ 11 avqust 2025 Ümid Nəccari Avropanın Beynəlxalq Mihai Eminescu Akademiyası tərəfindən “Mədəniyyət səfiri” adına və 13 avqust 2025 Qazaxıstanın “Abay Kunanbayev-180” Beynəlxalq Ədəbiyyat Festivalı çərçivəsində Qazaxıstanın Şakərim Universitetinin fəxri professoru adına layiq görülüb. Yaradıcılığı Ümid Nəccari yaradıcılığa gənc yaşlarından başlamışdır. İlk əsərləri Təbriz şəhəri dövrü mətbuatında çap olunmuşdur. Təbriz şəhərində 2015-ci ildə "Quşlar vadisi", 2019-cu ildə "Divarların o tayı" kitabları nəşr edilmişdir. 2019-cu ildə "Qaranlığın fotosu" kitabı isə Bakı şəhərində çap olunmuşdur. 2020-ci ildə "СЛИКА TAME" (serb dilində) Belqrad şəhərində şeir kitabı işıq üzü görmüşdür. Nəccarinin "Maviliklərin Müsyösü" hekayəsi Fuad Poladovun əziz xatirəsinə ithaf olunmuşdur.

Ümid Nəccarinin yaradıcılığı ilə bağlı həm Azərbaycanın, həm dünyanın Azər Turan, Elnarə Akimova, Vaqif Yusifli , Rüstəm Kamal , Mətanət Vahid, Nərgiz Cabbarlı , Pərvanə Məmmədli, Jeton Kelmendi(Kosovo) , Andreana DVORNİÇ-Андрејана Дворнић(Serbiya) , Rehmat Aziz Chitrali(Pakistan), Bujar Tafa(Albaniya), Adriana Tabaku(Rumıniya), Katarina Sarić(Xorvatiya) kimi bir çox ədəbi tənqidçiləri və ədibləri fikirlər söyləyib, barəsində məqalələr yazıblar.

Onun yaradıcılığı Avropalı əbəbiyyatşünasların diqqətində olmuşdur. Kosovolu şair və ədəbiyyatşünas professor Jeton Kelmendi onun yaradıcılığına yüksək qiymət vermişdir.

2021-ci ildə Özbəkistan da "Unutmaq" adlı şeir kitabı dərc olunmuşdur. 2022-ci ildə onun alban dilində "Fotoja e errësirës" (Qaranlığın fotosu) adlı kitabı Kosovoda işıq üzü görüb. Kitabın tərcüməsi dünya şöhrətli şair Jeton Kelmendiyə və önsöz müəllifi Dr. Bujar Tafaya aiddir. Kitabın nüsxələri Kosovodaki məktəblər və universitetlərdə tələbələr arasında paylanıb. Kitab IWA Bogdani nəşriyyatında çap olunub.

2022-ci ildə Monteneqroda Ümid Nəccarinin "Slika Tame" adlı şeirlər toplusu nəşr olunub. Kitab monteneqro dilinə tanınmış tərcüməçi Dragiša Jovković tərəfindən tərcümə edilib.

Nəccari aktiv tərcüməçiliklə də məşğuldur. O, klassik və müasir fars ədəbiyyatı nümunəsi olan bir neçə kitab və şeirləri fars dilindən azərbaycan dilinə tərcümə etmişdir. O, məşhur İran şairi Əhməd Şamlı, Füruğ Fərruxzadın şeirlərini, Şəms Ləngərudinin şeirlərini, yazıçısı Sadiq Hidayətin əsərlərini, İspan şair, rəssam, pianoçu və bəstəkar Federiko Qarsiya Lorkanın şeirlərini, Suriyalı şair Adonisin şeirlərini, Nizar Qəbbaninin şeirlərini, Pablo Nerudanın şeirlərini, Polşa şairi Xalina Posvyatovskayanın şeirlərini, tanınmış Fələstin şairi Mahmud Dərvişin şeirlərini və alban şairi, yazıçısı Jeton Kelmendinin şeirlərini azərbaycan dilinə tərcümə etmişdir. Ümid Nəccari Küveytli Səadəs-Sabahın şeirlərini də Azərbaycan dilinə tərcümə etmişdir.

Ümid Nəccari dünyanın onlarla məşhur müasir və klassik şairinin şeirlərini Azərbaycan dilinə tərcümə edib.

Şeirləri, ABŞ , Serbiya, İspaniya, İtaliya, Belçika, Yunanıstan, Kanada, Avstriya, Türkiyə, Özbəkistan, İraq, Qazaxıstan, Gürcüstan, Belçika, Çili, Xorvatiya, Peru, Albaniya, Rumıniya, Vyetnam və İran mətbuatında çap olunmuşdur.

Ümid Nəccarinin şeirləri ardıcıl olaraq Avstriyanın WORDS & WORLDS iki dilli Mühacir Ədəbiyyatı dərgisində yer almışdır.

Ümid Nəccari 2022-ci ilin oktyabr ayından İranda başlayan etirazlara biganə qalmamışdır. Onun şeiri İranın əxlaq polisi tərəfindən hicab qaydalarını pozmaq iddiaları ilə həbs edilən 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra başlayan qadın hüquqları tələblərinə və Məhsa Əminin xatirəsinə həsr olunur. Şeir ABŞ-nin məşhur "SPILLWORDS PRESS" ədəbi portalında Reza Hosseini Baghanamın tərcüməsində dərc edilib.

2023-cü ildə Ümid Nəccarinin "Fotografia İntunericului" (Qaranlığın fotosu) adlı kitabı Rumıniyada işıq üzü görüb.Azərbaycanlı şairin kitabı Rumıniyada çap olundu Kitabın tərcüməsi Baki Ymeriyə və önsöz müəllifi Adriana Tabakuya aiddir. Kitab "Amanda Edit" nəşriyyatında Rumın dilində çap olunub.

2024-cü ildə Nəccarinin "Cotton sounding letters" adlı kitabı İngiltərədə nəşr edilib. Kitab Nəşriyyat rəhbərliyinin təşəbbüsü ilə 92 səhifədə Londonun "JustFiction Edition" yayınları tərəfindən çap olunub.

2024-cü ildə Ümid Naccari İtaliyanın "Leopold Sedar Senqor" ədəbiyyat, mədəniyyət və incəsənət Akademiyasının həqiqi üzvü seçilib. Təşkilatın yaydığı məlumatda qeyd edilir ki, “akademik senatın qərarı ilə Umid Nəccarinin şəxsi yaradıcılığından irəli gələn üstünlüklərə görə akademiya tərəfindən ona həqiqi üzv titulu verilir”.MEMBRI DELL’ACCADEMIA - Umid Najjari

2025-ci ildə Nəccarinin şeirləri "Leopold Sedar Senqor" ədəbiyyat, mədəniyyət və incəsənət Akademiyasının "Sülh naminə dünya poeziyası" antologiyasında yer alır.

İştirak etdiyi beynəlxalq festivallar Beynəlxalq Avrasiya Ədəbiyyat Festivalı "LIFFT" Bakı, 2019; Beynəlxalq "İstanbulensis" Şeir Festivali Türkiyə, 2021; Beynəlxalq "Club UNESCO Piraeus and Island & International Action Art" Fetivalı Yunanıstan, 2022; Beynəlxalq "Mihai Eminescu" Poeziya Festivalı Rumıniya, 2022;S-a încheiat cea de-a IX-a ediție a Festivalului Internațional de Poezie de la Craiova Beynəlxalq “Ditet e Naimit” Ədəbiyyat Festivalı, Şimali Makedoniya, 2022. “Abay Kunanbayev-180” Beynəlxalq Ədəbiyyat Festivalı, Qazaxıstan, 2025

Nəşr olunmuş əsərləri Quşlar Vadisi (orijinal adı: قوشلار وادیسی) امید نجاری، تهران - نخبگان 2015; Divarların otayı (دیوارلارین او تایی) امید نجاری, کرج، نشر شانی 2019; Qaranlığın Fotosu (Qaranlığın fotosu), (şeirlər), Bakı: Xan, 2019; Qaranlığın Fotosu (Слика tame), (şeirlər), Serbiya, 2020 ; Unutmaq (Yнytмок), (şeirlər), Özbəkistan, 2021; Qaranlığın Fotosu (Fotoja e errësirës), (şeirlər), Kosovo, 2022 ; Qaranlığın Fotosu (Slika tame), (şeirlər), Monteneqro, 2022 ; Cotton sounding letters, (şeirlər) Bakı: Elm və təhsil, 2022; "Fotografia İntunericului", Rumıniya, 2023; "Cotton sounding letters", İngiltərə, 2023.

Tərcümə etdiyi kitablar Əjdər Ol, Canlı lətifələr, əhvalatlar, deyimlər, Tehran: Avaz, 2017;کتاب جانلی لطیفه لر، احوالاتلار، دئییم لر: آذریایجان تانینمیش شخصیت لری، یازیچیلاری، شاعر لری، موسیقی چی لری، فیلم اویونچولاری و.. Güney Azərbaycan şeir antologiyası, Adın Azadlıqdır Bakı: Xan, 2018;Adın azadlıqdır [Mətn] : Güney Azərbaycan şeir antologiyası Gərus Əbdülməlikian(گروس عبدالملکیان). Sonuncu quş (şeirlər). Bakı: Mütərcim, 2019 (M.Məhəmmədi və Səlim Babullaoğlu ilə birgə); İmadəddin Nəsimi. 40 qəzəl Bakı: Qanun, 2019;"İmadəddin Nəsimi - 40 qəzəl" Lulzim Tafa. Ağrının xəritəsi (Şeirlər). Bakı: Elm və Təhsil, 2022. Jeton Kelmendi. Üzümü axtarıram (Şeirlər). Bakı: Elm və Təhsil, 2025 (Fəxriyyə Həsənoğlu ilə birgə)

Mükafatları "Səməd Behrəngi" mükafatı Azərbaycan, 2016 "Ədəbiyyat" qəzetinin Əli bəy Hüseynzadə Mükafatı Azərbaycan, 2019 Beynəlxalq mükafatı "LIFFT" Rusiya, 2019. Beynəlxalq fəxri diplom "sevgi və dostluq" Çili, 2020. Şeir və bədii tərcümələrinə görə Monteneqro Tərcüməçilər Birliyi tərəfindən mükafatlandırılıb, 31 mart 2021. Belçikanın nüfuzlu Beynəlxalq IWA "Bogdani" mükafatına layiq görülmüşdür, 26 noyabr 2021-ci il. "Poeziyada Nəcib Bacarıqların Birinci Ordenli Cəngavəri" Serbiya, 2022 "Mihai Eminesku" qızıl medalı mükafatı Rumıniya, 2022 Beynəlxalq Qızıl Medal "Alexander the Great and Vergina" Yunanıstan, 2022. Beynəlxalq Mükafatı "Club UNESCO Piraeus and Island & International Action Art" Yunanıstan, 2022 Ədəbi fəaliyyətinə görə "Galaktika Poetike ATUNIS” Ədəbiyyat və mədəniyyət dərgisi mükafatı Belçika, 2022 Beynəlxalq Leopold Sedar Senghor Beynəlxalq Akademiyasına həqiqi üzvü seçilib və fəxri diplomla təltif olunub, Milan, 2024 Beynəlxalq Mihai Eminescu Akademiyası tərəfindən “Mədəniyyət səfiri” fəxri adı, Qazaxıstan, 2025 Qazaxıstanın Şakərim Universitetinin fəxri professoru adı, Qazaxıstan, 2025

İstinadlar

Xarici keçidlər Analyzing the Poetry of Umid Najjari: A Multifaceted Exploration Ayrılıqların sürreal mənzərəsi... Bir cüt mavilik - Azər TURAN Rənglər – ədəbi podtekst kimi - “İntermediallıq” silsiləsindən - Mətanət VAHİD Umid Najjari bilan onlayn mahorat darsi o‘tkazildi Mən səni səsindən tanıyıram — Ümid Nəccari — şeirlər اکدیک تورپاغا سئوینجی کدریمیزله یان-یانا - امید نجاری حایات فرقیلیدیر / امید نجاری Artkaspi.az Halina Posviatovskanın şeirlərini təqdim edir: Tərcümə edən: Ümid Nəccari Nemət Mətin — Şeirlərdə özünü axtaran şair THE SUN IS IN PRISON written by: Umid Najjari (Ümid Nəccari) ПОЭЗИЯ Үміт Неджжари: «Жапырақ түсті, жаңбыр үнді адамдар жайлы хикая» باشقا دیلده اؤلمک ایسته‌ییرم - امید نجاری Yaralarından qaranlığa danışan adam - Elnarə AKİMOVA О чем пишут иранские писатели? Poesie di Umid Najjari / Traduzione in lingua italiana a cura di Juljana Mehmeti LA ATMÓSFERA DE LA SOLEDAD – Umid NAJJARI / Traducción: Alicia Minjarez Ramírez Umid Najjari (Azerbaijan – Iran) / Translated into Bengali by Suchismita Ghoshal KONUŞAN MEZAR, KORKAN İNSANLAR - Semed Behrengi'ye ithaf Mirënjohje autoriale kur libri mirëpritet në panairin e kryeqendrës së Azerbajxhanit Tus ojos son como el Triángulo de las Bermudas | Umid Najjari | Irán - Traducción al español por Mariela Cordero Young Writer from Tabriz Visits Khazar University

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:İran şairləri Kateqoriya:Təbriz Universitetinin məzunları