HƏMAS-ın İsrailə 7 oktyabr hücumları və ya sadəcə 7 oktyabr hücumları — HƏMAS və bir neçə digər hərbiləşdirilmiş fələstinli qruplaşma tərəfindən Qəzza zolağından İsrailin Cənub dairəsi ərazisinə 7 oktyabr 2023-cü ildə, Simxat Tora yəhudi bayramı günündə təşkil edilmiş koordinasiyalı hərbi hücumlar silsiləsi. 1948-ci il Ərəb-İsrail müharibəsindən sonra, İsrail ərazisinə ən böyük hücum aktı olan bu hadisə, Qəzza müharibəsinin başlamasına səbəb olmuşdur.

Hücumlar Qəzza zolağı ərazisindən İsrailə 4300 raket atılması və motoparaplan vasitəsi ilə silahlı döyüşçülərin müxtəlif İsrail şəhərləri ərazisində eniş etməsi ilə başlamışdır. Bundan sonra Qəzza-İsrail baryerini yararaq İsrail ərazisinə soxulan HƏMAS silahlıları, yaxınlıqdakı hərbi hissəyə hücum etmiş, Beeri, Kfar Aza, Nir Oz, Netiv HaAsara, Alumim kibbutzları da daxil olmaqla yaxınlıqdakı 21 yaşayış məntəqəsində mülki əhaliyə qarşı qırğınlar törətmişdir. İsrail Silahlı Qüvvələrinin (TSAXAL) verdiyi məlumata görə, ümumilikdə sərhəddin 119 yerindən 6000-ə qədər fələstinli İsrail ərazisinə hücum etmiş, onlardan 3800 nəfəri HƏMAS-ın elit döyüşçülər qruplaşması olan Nuxba qüvvələrinin döyüşçüləri, 2200 nəfəri silahlı mülki fələstinlilər, qalanları isə digər döyüşçülər olmuşlar. Eyni zamanda, İsrail Silahlı Qüvvələrinin verdiyi məlumatda bildirilir ki, təxminən 1000 nəfərə yaxın fələstinli, Qəzza ərazisindən roketlərin atılmasında iştirak etmişdir və onlarla birlikdə hücumda iştirak edənlərin sayı təxminən 7000 nəfərə qədər döyüşçü olur. Qeydlər

İstinadlar

Kateqoriya:7 oktyabrdakı hadisələr Kateqoriya:Qəzzədə müharibə (2023–hal-hazırda) Kateqoriya:Girov götürmə Kateqoriya:Benyamin Netanyahu