Sərdar Fərəculla oğlu Fərəcov () — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən), Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru.

Həyatı Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir.

Mükafatları 17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

8 may 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Əsərləri

Opera "Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–opera

Operetta "Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır "Səhnədə məhəbbət" (2000) - libretto Əli Əmirlinindir

Digər vokal əsərləri T. Taisoğlunun sözlərinə səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996); S. Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998); "Dədə Qorqud" Oratoriyası (1999); A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999); M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994);

İnstrumental əsərlər Orqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə Simli kvartet üçün 3 pyes (1991); Skripka və piano üçün pyeslər (2001).

Orkestr üçün Kiçik simfonik orkestr üçün "Yumoreska" (1995); Simfonik süita (1990) Balet süitası (1991) Simli orkestr üçün Süita (1995); Kamera orkestri üçün "Oxunmamış lay-lay" poeması (1995); "Matəm harayları" simfonik lövhəsi (2000);

Teatr tamaşalarına musiqi "Ölüləri qəbirstanlıqda basdırın" /müəllif – İ.Şıxlı/,rejissor-R.Almuradlı/ (2005) "Onun iki qabırğası var" /müəllif – Əli Əmirli/ , "Sənsiz yaşaya bilmərəm" /müəllif – M.Haqverdiyev/ (1996); "Yeddi məhbusə" /müəllif – Əli Əmirli/, "Sevirəm səni, Türkiyə" /müəllif – Kamal Abdulla/ (1997); "İtkin ər" /müəllif – Əli Əmirli/, "Yaxşı padşahın nağılı" /müəllif – Anar/, "Molyer" /müəllif – M.Bulqakov/ (1998); "Səhra yuxuları" /müəllif – Anar/, "Şübhəli əhvalat" /müəllif – Qabil/, "Anamın gəlinlik paltarı" /müəllif – Ə.Qasımov/, "Yekəburun Cırtdan" /müəllif – V.Qauf/ (2001). S.Vurğun, R.Rza, T.Taisoğlu, Kamal Abdulla, Q.P.Elsevər və b. şairlərin söz. mahnı və romanslar(1990 – 2001).

Məqalələr

Bir daha himn haqqında. "Mədəniyyət" qəzeti, 07.03.1991; Ü.Hacıbəyovun unudulmuş "Bahar nəğməsi". "Mədəniyyət", 21.03.1991; "Ü.Hacıbəyov Ensiklopediyası"nda 25 məqalə. B., "Azərbaycan", 1996; Əgər onlar da tamamlansaydı, yaşasaydı. "Musiqi dünyası" jurnalı, №1, 1999; Ü.Hacıbəyov və erməni sənətçilərinin mədəni təcavüzü. "Musiqi dünyası", №3-4, 2000; Belə bir məktəb var. "Musiqi dünyası", №1-2, 2001. Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 – 2001). Dövri mətbuatda məqalələr (1990 – 2001).

Filmoqrafiya Əbədi iftixarımızFərəcov, S. Əbədi iftixarımız: [Bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş eyni adlı filmin ssenari müəllifi Sərdar Fərəcov və quruluşçu rejissoru Tahirə Hüseynova ilə söhbət] //Mədəniyyət.- 2010.- 25 avqust.- S. 5. Cavad xan (film, 2009) Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)

İstinadlar

Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan muzeylərinin direktorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri