Əhməd xan Əli xan oğlu Naxçıvani () — İran Kazak diviziyasının Azərbaycan əsilli generalı, İranın hərbi naziri.

Həyatı Əhməd xan Əli xan oğlu Naxçıvani 1893-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Atası mirpənc (general) Əli xan Naxçıvan şəhərindən gəlmişdi. İran Kazak diviziyasında xidmət etmişdi.

O, 1938-ci ildə Rza şah Pəhləvinin köməkçisi idi. 1944-cü ildə Hərbi hava qüvvələrinin rəisi kеçmiş hərbi nazir, Avropada təhsil almış general Əhməd Naxçıvani idi.

Əhməd xanın Əli xan adlı oğlu vardı.

İstinadlar

Ədəbiyyat رضاشاه و قشون متحدالشکل,دکتر باقر عاقلی,نشر نامک,تهران,۱۳۸۶, ISBN 964-6895-05-0

Həmçinin bax İran Kazak diviziyası

Xarici keçidlər Əhməd xan Naxçıvanski kimdir?

Kateqoriya:İran müdafiə nazirləri Kateqoriya:İran generalları Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:İranda məhbuslar və məhkumlar