thumb|Daşkəsən şəhəri (2025) Daşkəsən rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Mərkəzi Daşkəsən şəhəridir.
Tarixi Daşkəsən rayonu Azərbaycanın qərb bölgəsində, Kiçik Qafqaz dağlarının sıldırımlı, füsunkar təbiətində yerləşir. Böyük tarixi, zəngin təbii ehtiyatları, unikal landşaftı, iqlimi və qədim yaşayış ənənələri ilə Daşkəsən ölkənin sosial-iqtisadi, mədəni və ekoloji xəritəsində xüsusi yer tutur. Rayon həm dağ-mədən sənayesi, həm də kənd təsərrüfatı, təbiət turizmi və folklor ənənələri baxımından bənzərsiz dəyərlərə malikdir. Qərb bölgəsinin digər rayonlarından fərqli olaraq, burada həm daş karxanaları, həm də zəngin meşə sahələri, saf su mənbələri, geniş çəmənliklər və əlverişli iqlim şəraiti mövcuddur. left|thumb|Daşkəsən rayonunun girişi Rayonun adı "daş (dəmir filizi) çıxarılan yer" mənasındadır; "daş" və "kəsən" sözlərinin birləşməsindən əmələ gəlib, bu da Daşkəsəndə qədim zamanlardan dağ-mədən sənayesinin inkişaf etdiyini göstərir. Tarixi mənbələrə əsasən, ərazidə insanlar eramızdan əvvəl yaşayış salmış, burada ilk mədəniyyət nümunələri və qədim yaşayış məskənləri yaranmışdır. Əsrlər boyu bu ərazi Azərbaycan tarixinin müxtəlif mərhələlərində əhəmiyyətli hadisələrin şahidi olmuş, dövlətçiliyin, sənətkarlığın və kənd təsərrüfatının inkişafında önəmli rol oynamışdır. Daşkəsənin unikal coğrafiyası, iqlimi, yeraltı sərvətləri və etnik müxtəlifliyi rayonun sosial-iqtisadi və mədəni həyatında xüsusi iz qoymuşdur. Zağalı, Zivlan, Bayan, Gurbulaq, Əmirvar, Xoşbulaq, Çovdar, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloji qazıntılar rayonun ərazisində daş dövrünə, tunc dövrünə aid insan məskənlərinin olmasını sübut edir. left|thumb|"Fərhad" heykəli
Daşkəsən orta əsrlər boyu Ərəb xilafəti, Səlcuq imperiyası, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətlərinin və müxtəlif xanlıqların tərkibində olmuşdur.thumb|Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binası left|thumb|Daşkəsən şəhəri Keçmiş Sunqurabad nahiyəsi olan Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. "Metallurqlar şəhəri" də adlanan Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948-ci il mart ayının 16-da qoyulub. Rayon mərkəzi əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınmışdır. Bundan sonra rayona əhali axını güclənmişdir. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948–1953-cü illərdə Daşkəsənə erməni ailələri köçürülmüşdür.Deportasiya və müharibədən sonrakı böhran
1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır.
Daşkəsən rayonu yeraltı təbii sərvətlərlə olduqca zəngindir. Buna görə də "Azərbaycanın Uralı" adlandırılmışdır.
Daşkəsən Zaqafqaziyada əsas alüminium, dəmir və başqa metallar almaq üçün xammal mənbəyi olduğundan Uralı bu cəhətdən xatırladır. Buradakı dəmir filizi yataqlarının böyük gələcəyə malik olmasını vaxtilə məşhur rus alimi D. İ. Mendeleyev, İ. M. Qurkin və başqaları söyləmişdir. 1893-cü ildə D. İ. Mendeleyev yazırdı ki, Daşkəsəndəki zəngin zəy daşı nə İtaliyada, nə də Macarıstanda vardır. Məqalədə Daşkəsən şəhərinin formalaşmasını əsaslandıran iqtisadi-tarixi amillər araşdırılmışdır. Şəhərin yaranması üçün əsas olan iqtisadi elementlər açıqlanmışdır. Daşkəsənin şəhərə çevrilməsinin iqtisadi əsasları verilmişdir. Daşkəsənin şəhər kimi formalaşmasını sürətləndirən proseslər ümumiləşdirilmişdir. Məqalədə arxiv sənədlərindən, Daşkəsən haqqında müxtəlif ədəbiyyatlardan istifadə olunmuşdur.thumb|Daşkəsən rayonu, Bayraq meydanı
1963-cü ildə ləğv edilərək ərazisi odövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi vahidi — rayon olmuşdur.
1969-cu ilin iyununda rayonun Bayan kəndində daşnak abidəsi ucaldılsa da, Daşkəsən rayonunun birinci katibi Həsən Süleymanovun göstərişi ilə dərhal sökülmüşdür.
Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövrlərində döyüşlərin bir hissəsi Daşkəsənə məxsus kəndlərlə həmsərhəd ərazilərdə getmişdir. Ümumilikdə 98 şəhidi var. Ondan 64 nəfəri Birinci Qarabağ müharibəsində, 32 nəfəri 2020-ci ildə Vətən müharibəsində və 2 nəfəri isə 12–14 sentyabr 2022-ci il tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər zamanı həlak olmuşdur. Daşkəsən Şəhidlər Xiyabanı 2025-ci ildə yenidən qurulmuşdur.
Coğrafi mövqeyi left|thumb|Daşkəsən kanyonu Daşkəsən rayonu Gəncə şəhərindən 33–41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600–1800 metr yüksəklikdə yerləşir. thumb|Güney-Zağalı dəryaçası Rayon cənub-qərbdən 8 kilometr məsafə ilə Ermənistan Respublikası ilə (8 km), eləcə də Şəmkir (24,5 km), Kəlbəcər (23 km), Gədəbəy (41km) və Göygöl (56,3km) rayonları ilə həmsərhəddir. Ümumi sahəsi 1046,02 km²-dir. Daşkəsən rayonu ilə Bakı şəhəri arasında olan məsafə 396 km-dir.
Relyefi Kiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsənin səthini şimala doğru alçalan dağlar əhatələyir. Murovdağ və Şahdağ silsilələrinin yamacları da bu rayonun ərazisindədir. Ən hündür zirvələri Hinaldağ (3367 m.), Qoşqar dağı (3361 m.) və sairdir.
Başkənd-Dəstəfur çökəkliyinin bir hissəsi Daşkəsən rayonu ərazisindədir. Səthi kanyonlarla kəsilmişdir. Yura və təbaşir çöküntüləri yayılmışdır.
Təbiəti thumb|Bala Göyçə gölü thumb|Daşkəsən rayonu Quşçu kəndi Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edir. Rayonda Güney-Zağalı dəryaçası və Göygöl adlı göllər var. Kiçik Göygöl və ya Bala Göyçə gölü də adlanan təbiət möcüzəsi Buğdadağın ətəyində dəniz səviyyəsindən 2650 metr yüksəklikdə yerləşir.
Daşkəsənin istilik və rütubətin nisbətindən özünəməxsus torpaq- bitki örtüyü və heyvanat aləmi var.thumb|Daşkəsən rayonu Alaxançallı kəndi |leftEnliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı min bir rəngli xalıya bənzəyir.
Subalp çəmənləri və çəmən çölləri meşə qurşağı ilə alp çəmənləri arasında geniş sahə tutur. Burada taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər var. Subalp çəmənliklərində paxlalılar, gülçiçəklilər, kələmkimilər, zəngiçiçəklilər və sair fəsilələrdən olan bitkilər hündür, olduqca təsirli, butaya bənzər ot örtüyü yaradır. Subalp zonasında hündürotlu çəmənliklərdən başqa, çəmən bozqırları, kollu çəmənlər də inkişaf etmişdir. thumb|Daşkəsən yaylaqları |left Alp çəmənləri "Alp xalıları" adlanan alçaqboylu otlardan ibarət bitki örtüyü subalp çəmənlərindən çox fərqlənir. Bu bitkilər dağ-çəmən torpaqlarında sıx çəmən örtüyü yaradırlar. Qayalı-daşlı yamaclarda seyrək bitki qruplar inkişaf edir. Taxıl otları və çillər hamar dağ yamaclarında sıx qiymətli yay otlaqlarıdır. Yüksək dağların daha rütubətli yamaclarında cil, şahduran, qaytarma, dəstərək, qırtıc, topal və sair şaxələnən kök sisteminə malik otlaq bərk döşənəkli "Alp xalıları" yaradır.left|thumb|Daşkəsən rayonu, şam meşəliyi Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr var. Meşələrdə əsasən fıstıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir.
Rayonda insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli bitkilər var. Onlardan kəklikotu, gülxətimi, qəfli, sarıçiçək, çobanyastığı, boymadərən, boyxoş, andız, qaraçiyələm, qaraçörəkotu, yarpız, daşyarpızı, dəvədabanı, solmazçiçəyi, yasəmən, çəmən, qırxbuğum, cincilim qantəpər, şehdərən, dağ bənövşəsi, bənövşə, nərgiz, lilpar, unnuca, gicitkən, qaymaqçiçəyi və s. yerli əhali tərəfindən yığılır.
Çayları Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Gəncəçay (Zivlan-Alaxançallı-Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqullar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını və s. göstərmək olar. Çayları (Qoşqar, Şəmkir, Gəncə) Kür hövzəsinə aiddir; qarışıq mənbələrdən qidalanır. Çaylardan sənaye müəssislərinin su təchizatında və qismən suvarmada istifadə olunur thumb|Daşkəsən rayonu Xoşbulaq kəndi
Rayonun şəffaf, müalicəvi əhəmiyyətli mineral bulaqları var: Yumurtalı bulaq – Qabaqtəpə kəndi; Narzan bulağı – Yuxarı Daşkəsən qəsəbəsi; Turşsu bulağı – Alaxançallı kəndi; Qiblə bulağı – Qabaqtəpə kəndi; Qayğı bulağı – Qabaqtəpə kəndi; Böyrək bulağı – Alunitdağ qəsəbəsi; İdris bulağı – Əmirvar kəndi; Seyid bulağı – Xoşbulaq kəndi və s.
İqlimi thumb|Daşkəsən şəhəri Yanvarın orta aylıq temperaturu −2–14, iyulun orta aylıq temperaturu +5–28 arasında dəyişir.
Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu +20–31-dək yüksəlir, mütləq minimum temperatur 20–30 aşağı düşür. İl ərzində havanın orta mütləq minimum temperaturu orta dağlıqda +15 ilə +35 arasında dəyişir. Havanın orta illik nisbi rütubəti 75 faiz olub il ərzində 67–82 faiz arasında dəyişir. Ərazidə yağıntının illik miqdarı 600–900 mm-dir. Yağıntının çox miqdarı yaz fəslinə düşür. Torpağın səth örtüyündün il ərzində 300–800 mm mümkün buxarlanma gedir.
Yaşayış məntəqələri left|thumb|Daşkəsən rayonu Çanaqçı kəndi left|thumb|Bayan kəndi (2026-cı il) Daşkəsən rayonunda 1 şəhər, 5 qəsəbə və 43 kənd olmaqla 49 yaşayış məntəqəsi var. İri yaşayış məntəqələri Daşkəsən şəhəri, Yuxarı Daşkəsən qəsəbəsi, Quşçu, Xoşbulaq, Bayan və Qabaqtəpə kəndləridir. thumb|Daşkəsən rayonu Zinzahal kəndi thumb|Daşkəsən rayonu Bayan kəndi thumb|Daşkəsən rayonu Dəstəfur kəndi 19 inzibati ərazi dairəsi üzrə nümayəndəlik var (01.01.2025). Bunlar Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Yuxarı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Kəmərqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Zinzahal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Zəylik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Əmirvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Qabaqtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Çıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Çovdar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Çanaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Muşavaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Gurbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyidir. left|thumb|Daşkəsən rayonu Qaratağlar kəndi Daşkəsən rayonunda 4 bələdiyyə var. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə — "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 18.10.2024-cü il tarixli Qanununa əsasən Daşkəsən rayonunda 4 bələdiyyə təşkil olunmuşdur. Bunlar Daşkəsən bələdiyyəsi (Daşkəsən şəhəri, Alunitdağ, Daşkəsən, Quşçu, Quşçu körpüsü, Yuxarı Daşkəsən qəsəbələri və Aşağı Daşkəsən kəndi), Qabaqtəpə bələdiyyəsi (Astaf, Dəvrallı, Əhmədli, Əmirvar, Gəlinqaya, Gurbulaq, Güneykənd, Xoşbulaq, Qabaqtəpə, Qazaxlı, Qazaxyolçular, Pirverdilər, Rəsullu, Tapan, Təzəkənd və Zağalı kəndlər), Qaraqullar bələdiyyəsi (Alaxançallı, Almalı, Çanaqçı, Çıraqlı, Dardərə, Dəstəfur, Əhmədli, Kollu, Qaraqullar, Qaratağlar, Qıyıqlı, Mollahəsənli, Muşavaq, Suqovuşan, Şahkərəm, Şahvələdli, Yolqullar, Zinzahal və Zivlan kəndləri) və Quşçu bələdiyyəsidir (Bayan, Çaykənd, Çovdar, Kəmərqaya, Quşçu, Quytul və Zəylik kəndləri).
Rayonun inzibati mərkəzi Daşkəsən şəhəridir.
Əhalisi