Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Qusar şəhəridir.
Böyük Qafqaz dağlarının ətəyində yerləşir.
Ümumi ərazisi 1 542 km²Ümumi məlumat. — Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — İnzibati kənd rayonları (1. yanvar 2006), səhifə 12. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017. Əhalinin ümumi sayı 101 687 nəfər. Kəndlərin sayı 92 .
Bakı şəhərindən məsafəsi 180 km-dir.
Tarixi
Rusiya imperiyası ilə mübarizə
1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Məhəmməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi.
Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak etdi, ümumilə 12.000 insan var idi. 1920-ci ildə Qusarın ərazisində, Kuzun kəndində imam Mushab-Əli Kuzunvi rəhbərliyiylə Sovet işğalına qarşı yenidən üsyanlar baş verir. Üsyanın yatırılması zamanı bolşeviklər tərəfdən Kuzun kəndi və Qusarın daha bir neçə kənd yandırılmış və 400–500 kəndli qətlə yetirilmişdir.
Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar.
Hazırkı Qusar rayonunun ərazisi 1840-cı ildə Quba qəzasının tərkibində Xəzər vilayətinə daxil edilmişdir. 1846-cı ildə onun ərazisi Dərbənd quberniyasının tərkibinə, 1860-cı ildə isə Bakı quberniyasına daxil edilir. 1929-cu ildə Quba qəzası ləğv edilərək rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüşdür və 1938-ci ildən isə bura şəhər statusu verilmişdir. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963–1965-ci illərdə ləğv edilmiş Xaçmaz rayonunun bir hissəsi Qusar rayonunun tərkibinə verilmişdir.Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsi: Qusar Rayonu
Etimologiya Qusar toponiminin mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur.
İndiki "Qusar" toponimi əvəllər "Ksar" (Ксар), daha sonra isə "Ktsar"(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir.
Digər bir mülahizəyə görə isə Qusar sözü qus/quz (qədim türk tayfası) və ar (adam, kişi, ər) hissələrindən formalaşmış və "quzlardan olan kişi" mənasında işlənmişdir.
Coğrafi mövqeyi Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanın şimal-şərqində yerləşir. Qusar rayonunun ərazisi 1542 km2 -dir. Rayonun ərazisinin tərkibinə 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd daxildir. Qusar rayonu sərhədlərinin uzunluğu 255 km-dir. Bunun 170 km-i quru, 45 km isə su sərhədi (Samurçay və Qusarçay) təşkil edir. Rayon şimal-qərbdən Rusiya Federasiyası (Dağıstan) (95 km), şimal-şərqdən Xaçmaz rayonu (65 km), cənub-şərqdən isə Quba rayonu (70 km), cənub-qərbdən isə Qəbələ rayonu (25 km) ilə həmsərhəddir. Mərkəzi Qusar şəhəridir. Cənub-qərb hissəsi dağlıq, mərkəzi maili düzənlik, şimal-şərq kənarı Samur–Dəvəçi ovalığıdır. Rayonun cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Ərazinin hündürlüyü 100 m-dən 4466 m-ə qədərdir. Respublikada olan müasir buzlaqların çox hissəsi Qusar rayonu ərazisindədir. Samur və Qusarçay çayları Qusar rayonu ərazisindən keçir və qar və buzlaq suları ilə qidalanır. Rayonun Xəzər dənizi ilə sərhədi yoxdur. Xəzərə olan məsafəsi 15 km təşkil edir.
Relyefi Qusar rayonu Böyük Qafqaz dağlarının ətəklərində, Qusar maili düzənliyində yerləşir. Azərbaycanın ən hündür nöqtələri olan Bazardüzü (4466 m) və Şahdağ (4242 m) zirvələri, eləcə də məşhur Şahnabad yaylağı Qusar rayonunun ərazisindədir. Samur-Abşeron kanalı, Qusarçay, Samur çayı, eləcə də Rusiyaya gedən başlıca avtomobil magistralı rayonun ərazisindən keçir.
Rayonun şimal inzibati sərhəddi Samur çayından, şimal-qərb, qərb və cənub-qərb inzibati sərhədləri Böyük Qafqaz silsilələrindən, cənub inzibati sərhədləri isə Qusarçay vadisindən keçir. Şərq tərəfdən inzibati sərdəhlər Qusar maili düzənliyi ilə Şollar düzünün kəsişdiyi əraziyə qədər uzanır.
İqlimi Azərbaycanda mövcud olan 9 iqlim tipindən 4-nə Qusar rayonu ərazisində rast gəlinir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur yanvarda düzənlikdə 1 °C, yüksək dağlarda −14 °C, iyulda müvafiq olaraq 24 və 2 °C-dir. İllik yağıntıların miqdarı 350–1500 mm-dir.
Təbii ehtiyatlar – gil yataqları, palıd, fıstıq, vələs və s. meşələr
Əhalisi
Rayon 2010 2015 2016 2017 2018 2019202020212022Əhali 89,3 95,1 96,2 97,2 98,1 99,8100,4100,9101,7Artım97211281031910784835601378745Təbii artımDoğum170618081644158313911465138011821319Ölüm734680613673607630779804574HəmçininEvlilik887622655599594525331519509Boşanma112112121144138156145121136 Bu statistikadan Qusar rayonunda başqa rayonlarla müqayisədə nisbətən az uşaq doğulduğunu görmək olar. Məsələn, 2015-ci ildən 2019-cu ilədək Qusarda cəmi 7 891 uşaq doğulub, amma eyni müddətdə Xaçmazda təqribən 2 dəfə çox (14 558) uşaq, Cəlilabadda isə təxminən 3 dəfə çox (21 726) uşaq doğulub.
Rayonun əsas problemi; uşaqların az doğulması və gənc əhalinin rayondan başqa yerlərə köçməsi, əsasən Bakı və Rusiyanın şəhərlərinə. Bu da Qusar rayonun inkişafı üçün ciddi bir problem yaradır və rayon əhalisinin azalmağına gətirib çıxardır.Ведомости Верховного Совета СССР. № 50 (982), 1959 г.
Milli tərkib Qusar rayonu əhalisinin milli tərkibi Etnik qrup199920092019Ləzgi77 278 (94,67%)81 629 (94,63 %)86 021 (86,45%)Azərbaycanlı5 162 (5,86 %)4 956 (6,06 %)13 105 (13,17%)Rus189 (0,23 %)87 (0,10 %)101 (0,10%)Türk82 (0,10 %)102 (0,12 %)70 (0,07%)başqa63 (0,07 %)37 (0,01 %)211 (0,22%)hamısı80 816 (100 %)87 857 (100 %)99 508 (100,0%)
Dil Rayon ərazisi Ləzgilərin kompakt yaşadığı ərazi olmasına baxmayaraq, son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azalıb, bununla bağlı UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğunu bildirib. +Ləzgi uşağların arasında Ləzgi dilini sərbəst danışanların faizi (3–5 yaş arası)2000200520102015202098,72 %87,26 %48,25 %39,22 %28,79 % Son 10 ildə (2009–2019) Ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb. +Ana dili və sərbəst danışdığı dil (2009)The State Statistical Committee of the Republic of Azerbaijan :Population by ethnic groups (by population census) ---İn this and following table — everybody defermined nationality themself. Information on children are obtained from.Population statistics of Eastern Europe (pop-stat.mashke.org) :Ethnic composition of Azerbaijan 2009 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 1.12. Əhalinin milli tərkibi 1926–2009 (əhalinin siyahıyaalınmalarının məlumatlarına əsasən) + 1.13. Əhalinin ana dili və sərbəst danışdığı dillərə görə bölgüsü (2009-cu il əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən) ---Siyahıyaalınmalar zamanı sorğu olunan hər bir şəxs milliyyətini özü müəyyən edir. Uşaqların milliyyəti valideynlərin dediklərinə əsasən yazılır. + Əhalinin sərbəst danışdığı dillər üzrə məlumatlar müvafiq millətlər üzrə 3 və yuxarı yaşlı əhaliyə nisbətən faizlə verilmişdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması, 2009-cu il. XIX cild:Əhalinin milli mənsubiyyətinə, yaşına, ana dili və sərbəst danışdığı digər dillərə görə bölgüsü. — 2011Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Statistik Göstəriciləri 2012: Demoqrafik göstəricilər United Nations Statistics Division, Demographic Statistics: Population by national and/or ethnic group, sex and urban/rural residence Etnik qrupLəzgi dili ana dili saymayanLe. d.a.d.s. — Ləzgi dilini ana dili sayanlar.Ləzgi dili sərbəst danışanLe.d.s.d. — Ləzgi dilində sərbəst danışanlar.Azərbaycan dili sərbəst danışanAz.d.s.d. — Azərbaycan dilində sərbəst danışanlar.Rus dili sərbəst danışanRu.d.s.d. — Rus dilində sərbəst danışanlar.ləzgi9.10%91.70%96.30%23.70% +Ana dili və sərbəst danışdığı dil (2019)Etnik qrupLəzgi dili ana dili saymayanLəzgi dili sərbəst danışanAzərbaycan dili sərbəst danışanRus dili sərbəst danışanləzgi24.90%85.20%96.10%38.90%
Qusarın kəndləri Say Kəndlər Əhali (2009)1 Aşağı Ləgər 17252 Avaran 13413 Xürəl 10614 Bala Qusar 14465 Bədirqala 7656 Həsənqala 12007 Köhnə Xudat qazmalar 6638 Düztahir 16359 Gican 51710 Böyük Muruq 56411 Əcəxur 78612 Əcəxuroba 22113 Əniq (Ünüğ) 212914 Gədəzeyxur 222515 Gilahoba 50416 Haçatala 27117 Nəcəfkəndoba 10918 Bədişqala 107119 Gündüzqala 97620 Girik 119621 Həzrə (Yargun) 135622 Həzrəoba (Yargunoba) 1523 Ləcət 65024 Hil 502225 Aşağı Qələnxur 9426 Gilah 9827 Xuluq 36928 Nəcəfkənd 34129 Xuray 67630 Suvacal 67031 Yuxarı Ləgər 53332 Aşağı İmamqulukənd (Maqudoba) 49833 İmamqulukənd (Maqudxür) 279834 Mucuqoba 33135 Suduroba 30836 Əvəcük (Əvəcuq) 86337 Köhnə Xudat 176638 Caqar 41739 Çətgün 14940 Kuzun 84741 Laza 31842 Zindanmuruq 70543 Atlıxan 66444 Avaranqışlaq 49045 Caqarqışlaq 64146 Kuzunqışlaq 105247 Zindanmuruqqışlaq 43448 Qalacıq 131349 Langi 34750 Minaxür 24251 Yeni Həyat (Muqrağ) 71152 Quxuroba 198053 Yasaboba 48854 Gicanoba 14255 Əniqoba (Ünüğoba) 73756 Hiloba 46057 Xuluqoba 10958 Ləgərqışlaq (Lakar) 53659 Çubuqlu 45960 Qayakənd 46061 Mucuq 124362 Ukur 61163 Piral 194464 Cibir 109165 Samur 238866 Yeni Tahircal 48367 Sudur 56868 Əlix 8669 Kənarçay (Genervaç) 35770 Quxur 5271 Arçan 10172 Quturğan 75773 Yerği kek 7574 Kufoba 41375 Qaratoba 63776 Qullar (Lukar) 30377 Salahoba 26178 Şirvanlı (Şirvanovka) 121079 Torpaqkörpü 24780 Üzdənoba 61481 Zuxuloba 12182 Urva (Vurvar) 247283 Çiləgir 92884 Urvaoba (Vurvar oba) 27885 Yasab 183886 Yuxarı Qələnxur 53187 Yuxarı Tahircal 48688 Zuxul 37289 Yuxarı Zeyxur 1020
İqtisadi xarakteristikası 2009-cu ildən Qusar rayonu ərazisində Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə başlanmışdır. Kompleks bir dəfəyə 5 min nəfər turist qəbul edə biləcək. 2006-cı ildə elan edilən tenderdə Türkiyənin DİA Holdinq şirkəti qalib gəlmişdir.Qusar Rayon İcra Hakimiyyəti: Xəbərlər: İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olmuşdur ---yayınlanma tarixi: 2011–09–23
Tanınmış şəxsiyyətləri Tarixi şəxsiyyətlər Qazi Məhəmməd Xuluqvi (1795–1832) — İmam, Quba üsyanın rəhbəri. Abrek Yar-Əli Hilivi — Abrek, Quba üsyanın rəhbərindən biri. Mushab-Əli Kuzunvi — İmam və bolşevik rejiminə qarşı müqavimətinin liderlərindən biri. Hərbiçilər Şair Ramaldanov (1957) — Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ASQ-nin ehtiyatda olan polkovniki. Tehran Mənsimov (1972) — Azərbaycan Silahlı Qüvvələrinin (XTQ) polkovniki. Çingiz Qurbanov (1994–2016) — Azərbaycanın Milli Qəhrəmanı. Mahmud Əbilov (1898–1972) — Hərbi xadim, general-mayor. Alimlər Kamil Aydazadə (1950) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, əməkdar müəllim.
Şairlər Sədaqət Kərimova (1953) — Şairə, bəstəkar, dramaturq. Kələntər Kələntərli (1933–2012) — Şair, publisist, dramaturq, "Tərəqqi" medalı təltifçisi. Asəf Mehman (1930–2015) — Bəstəkar, şair, nasir və dramaturq, Dağıstanın xalq artisti. Əkbər Fərzəliyev (1932–1999) — Azərbaycanın kino aktyoru. İdmançılar Nazim Hüseynov (1969) — Cüdoçu, qızıl medalla Azərbaycanın ilk Olimpiya çempionu, "Şöhrət" ordeni təltifçisi. Digər Mirzə Vəliyev (1923–1944) — Sovet İttifaqı Qəhrəmanı.
Mədəniyyət və təhsil müəssisələri