Ağzıbirçala gölü və ya Dəvəçi limanı — Azərbaycanın Şabran rayonu ərazisində, Xəzər dənizi sahilində şirin sulu göl-bataqlıq. Vaxtilə liman olmuşdur. Sahəsi təqribən 1,5 km²-dir. Gölə Şabran, Dəvəçi və Taxtakörpü çayları tökülür. Göldən isə Xəzərə Qaradəhnə çayı (uz. 4 km) axır. Ov mövsümündə su quşları və balıq ovlanır.
İstinadlar
Xarici keçidlər Ağzıbirçala gölü - Ensiklopediya, tərif və sitatlar səhifəsi
Həmçinin bax
Kateqoriya:Şabran rayonunun gölləri Kateqoriya:Xəzər dənizi hövzəsi