thumb|Mixi yazı, tanınan ən qədimi yazı növlərindən biridir. Dilin yazıya geçməsindən əvvəl, bu yazıların tarixindən hətta minlərcə il əvvəl də danışıldığı qəbul edilir. Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem.

O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir.

Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir.

Tipologiya linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili, məsələn Alqol, Heyvanların ünsiyyət dili.

Dillər haqqında ümumi məlumat Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili

Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.

Yer üzündə əhalinin 80%-i 7000 dildən yalnız 80 dili bilir. Qalan dillərdə əhalinin 20%-i danışır. 3,5 min dil əhalinin 0,2%-nə aiddir

Altay dilləri Türk dilləri Monqol qrupu Tunqus-mancur dilləri

Ural dilləri Fin-Uqor qrupu Samodi qrupu

Hind-Avropa dilləri German dilləri Roman dilləri Slavyan dilləri İran dil qrupu Hind-ari dilləri Baltik dilləri Kelt dilləri İtalik dilləri Yunan dilləri Paleobalkan dilləri

Avrasiya Dil Ailəsi Semit qrupu Berber-Liviya qrupu Çad qrupu Kuşit qrupu

Qafqaz dilləri Kartvel qrupu Abxaz-adıq dilləri Nax qrupu Dağıstan qrupu

Paleoasiya Dil Ailəsi

Ölü dillər Əski yunan dili Latın dili Sanskrit dili Assuriya dili Əski türk dili Əski fars dili Əski rus dili

İstinadlar

Xarici keçidlər

Rusiya tərəfdən qəribə təklif "Dil və təfəkkür fəlsəfi problem kimi" M. Mirzəliyeva

Həmçinin bax Dil (anatomiya)

Ədəbiyyat Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. B., 1962; Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. B., 1968; Axundov A. Azərbaycan dilinin tarixi fonetikası. B., 1973; Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. B., 1979, 1-ci hissə; Müasir Azərbaycan dili. 3 cilddə. B., 1978–1981, 1–3-cü c.; Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları. B., 1983; Əlizadə A. Azərbaycan ədəbi dilinin elmi üslubu (1901–1920-ci illər). B., 1997; Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili. /Red. B . N ə b i y e v. B., 1998; Seyidov Y. Azərbaycan dilinin qrammatikası. B., 2000; Aslanov V. Azərbaycan ədəbi dilinin tarixinə dair. B., 2002; Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. 2 cilddə. B., 2003, c. 1; Axundov A. Dil və ədəbiyyat. 2 cilddə. B., 2003.

Kateqoriya:Dil Kateqoriya:Duyma orqanları Kateqoriya:Əsas mövzuların təsnifatı Kateqoriya:Dillər Kateqoriya:Dilçilik