Vasili Geyman (; d. 1823 – ö. 13 aprel, 1878, Qars) — Qafqaz fatehi ləqəbli Rusiya imperiyasının general-leytenantı, hərbçi. Qafqaz müharibəsi və Rusiya-Osmanlı müharibəsi dönəmində imperiya ordusuna rəhbərlik edib. Geyman fəaliyyəti ərzində Sevastopol 75-ci Piyada Alayı və XX Piyada Diviziyasının komandanı olmuşdur.
Həyatı Vasili Geyman 1823-cü ildə anadan olmuşdur. Hərbçi fəaliyyətinə imperiya ordusunda zabit kimi başlamışdır. Qafqaz müharibəsi və 1877-1878-ci illəri əhatə edən Rusiya-Osmanlı müharibəsində xidmət etmişdir. Ən üst rütbəli generallardan biri olaraq Rusiya-Osmanlı müharibəsində baş vermiş Zivin, Dəvəboynu və Ərzurum müharibələrində iştirak etmiş, Qars şəhərinin mühasirəyə alınmasında fərqlənmişdir. Osmanlı imperiyasının sədrəzəmı Əhməd Muxtar Paşaya qarşı döyüşmüşdür.
1878-ci ilin 13 aprel tarixində Qars şəhərində vəba xəstəliyindən vəfat etmişdir. Ərdahan qalasının alınmasında göstərdiyi qəhrəmanlıqlara görə Çar hakimiyyəti tərəfindən qızıl və brilyant qılınc, çoxsaylı medallarla təltif olunub. Günümüzdə Rusiyanın Şimali Qafqaz bölgəsində generalın adına kənd və bir dağ var.
Kuban bölgəsində yerləşən Geymanovskaya Kazak kəndi və Tuapse rayonunda yerləşən Geyman dağı. General-leytenantın qardaşı oğlu Aleksandr Geymanın da rus ordusunda general-mayor rütbəsində xidmət etdiyi bilinir. Nəvəsi Vasili Geyman isə tanınmış tarixçi olub.
Məzarının aşkarlanması Rusiyanın tarixi məlumatlarında general-mayorun cəsədinin harada dəfn olunduğu barədə məlumat yoxdur. Bu günə qədər sadəcə yerli saytlardan birində Geyman ailəsi haqqında yazılan məlumatlarda general-leytanant Vasili Geymanın Qarsda 1878-ci ildə torpağa verildiyi yazılır.
2017-ci ilin 27 aprel tarixində Türkiyənin Ərdəhan ilinə bağlı Ərdəhan şəhərinin Karagöl məhəlləsində bir binanın təməli qazılarkən tabut aşkar edilmişdirArdahan'da bulunan 'Rus General' o mu? hurriyet.com.tr, 26.04.2017 . Üzərində xaç işarəsi olan tabutun içərisindəki şəxsin general olduğu müəyyənləşdikdən sonra, cəsədin müharibədən sonrakı dövrdə məzarı yeri dəqiq bilinməyən Vasili Geymana məxsus ola biləcəyi ehtimal edilib.
Vasili Geymanın nəvəsi Boris Akimov babasının məzarı olduğu təxmin edilən qəbir haqqında bildirib:
İstinadlar
Kateqoriya:Rusiya hərbçiləri Kateqoriya:Qafqaz müharibəsinin iştirakçıları Kateqoriya:Qarsda vəfat edənlər Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları