Nemət Hüseyin oğlu Novruzov - Azərbaycan SSR sovxozlar naziri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri.
Haqqında Nemət Novruzov 1908-ci ildə anadan olmuşdur. Bakı Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Kirovabad Kənd Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində təhsil almışdır. İş fəaliyyətinə mexanik kimi başlamışdır. Daha sonra mühəndis olara çalışan Nemət Novruzov, 1942-ci ildə Avtomobil Təmiri Zavodunun direktoru olmuşdur.
Siyasi fəaliyyəti Nemət Novruzov 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. 1944-1946-cı illərdə Azərbaycan SSR Xalq sovxozlar komissarının birinci müavini işləmişdir. Daha sonra Azərbaycan KP-də şöbə müdiri, Azərbaycan SSR Pambıqçılıq nazirinin müavini olmuşdur. 1952-ci ildə Azərbaycan SSR Dövlət nəzarəti nazirinin birinci müavini təyin olunmuşdur.
Nemət Novruzov 1953-1955-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri, 1955-1957-ci illərdə Azərbaycan SSR Sovxozlar naziri vəzifələrində çalışmışdır.
Mənbə
İstinadlar
Kateqoriya:Azərbaycan SSR sovxozlar nazirləri Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Məktəb direktorları Kateqoriya:Sənaye müəssisələrinin direktorları