thumb|449.972x449.972px| Şah İsmayıl və qızılbaşların Kür çayını keçməsi Səfəvilər dövlətinin bayraqları — Səfəvi dövlətinin yaranışından süqutuna kimi mövcud olan bayraqlar.
Bayraq anlayışı Bayraq sözü, qədim türk dilinə aid “batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən yaranmışdır. Mahmud Kaşğari “Divan-i Lüğət-it Türk” əsərində “torpağa sancılan mizraq” (nizə) mənasını verən batraq (bayraq) kəliməsi işlənmişdir.Herbert T. Travels in Persia 1627-1629, ed. and abridged, W.Foster, London, 1928, p. 205 Görünür müxtəlif ipək parçalardan hazırlanmış bayraqlar nizələrin ucuna bərkidildiyinə görə dövlətçiliyin əsas atributlarından biri kimi “dalğalanan milli simvol”a çevrilmişdir.
Hələ İslama qədərki dövrdə yazılmış və XIV əsr əlyazması ilə dövrümüzə qədər gəlib çatmış olan möhtəşəm “Kitabi-Dədə Qorqud” eposunda “Qılıncla məhv edərək, düşmənin tuğ və bayrağını endirin” ifadəsinin qeyd edilməsi Kitabi-Dədə Qorqud. Tərtibçilər: Zeynalov F., Əlizadə S., qeydler Əliyarov S. Bakı, 1988, s.50Ahmedov S. Türk halklarında devlet ve hakimiyet sembolleri – “bayrak”, “sancak” ve “tug”. //İrs, 2 (14), Yaz, 2015, s. 42-48, s. 45 bir daha göstərir ki, o dövrdə hakimiyyət simvolu kimi bayraqlara xüsusi önəm verilmişdir. Səfəvilər dövlətində bayraqların təkamülü left|thumb|426.974x426.974px| Şah İsmayıl və Ağqoyunlu Sultan Murad arasında döyüş (1503) Azərbaycanda tarixi ənənələr üzərində qurulan və sırf milli məfkurəyə söykənən dövlət kimi tarixə düşən Səfəvilər dövlətinin bayraqları ayrı-ayrı hökmdarlar dövründə fərqlənmişdir. Səfəvilər dövlətinə məxsus arxiv sənədləri dövrümüzə qədər saxlanmadığı kimi, Səfəvilər dövründən qalma əşyalar da müxtəlif ölkələrdəki şəxsi və ya dövlət muzeylərində saxlanılır. Səfəvilər dövlətinin rəmzləri ilə bağlı məlumatları dövrün salnamələrindəki qeydlərdən, Səfəvi şahlarının fərmanlarındakı möhürlərdən, Səfəvilər dövründə yazılmış səyahətnamələrdən və Qərbi Avropa səyyahlarının gündəliklərindən əldə etmək mümkündür. J.Şardenin verdiyi məlumata görə, Səfəvilərin bayrağı fransızların hərbi bayraqları kimi üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanmışdır. Bu bayraq həm süvarilər, həm də piyadalar üçün eyni cürdür. Onun üzərində “Quran-ı Kərim”dən ayələr, kəlime-i şəhadət, Hz. Əlinin Zülfüqar qılıncı və “aslan və günəş” rəsmləri təsvir olunurdu. Orduda ən mühüm vəzifələrdən biri böyük bayrağın qorunmasıdır. Bu vəzifəni yerinə yetirən şəxs ələmdarbaşı adlanır.Bəyani X. Tarix-i nizam-i İran (Dovre-i Səfəviyyə). İntişarat-ı Sitad-ı Bozorg-i Erteşaran, Tehran, 1335 hş, s. 113Aydoğmuşoğlu C. Safevi, Kaçar ve Babür bayrakları üzerine bir degerlendirme. //Türk Dünyası İncelemeleri Dergisi, XIII/2 (Kış 2013), s. 53 Bayraq üzərində aslan motivli günəş təsviri Aslan motivinin günəşlə birlikdə istifadə olunması qədim Mesopotamiya mədəniyyətinə qədər gedib çıxan astroloji mahiyyət kəsb edir. Mesopotamiya və Misirdən Yunanıstan və Romaya qədər yayılan və orta əsrlərdə bütün İslam dünyasında hakim olan astroloji ənənəyə görə, günəş, ay və günəş sisteminə daxil olan ulduzlar on iki bürcə daxil olan heyvanlardan biri ilə əlaqələndirilir. Günəşin aslan bürcü ilə əlaqəli olması bu iki motivin birlikdə istifadə olunmasına səbəb olmuşdur. Qədim Misirdə də aslan bürcü günəşin evi kimi tanınmışdır.Köprülü F.M. Arslan. //İslam Ansiklopedisi, c. 1. MEB, İstanbul, 1978, s.606
F.M.Köprülünün verdiyi məlumata görə, Anadolu Səlcuq sultanı Qiyasəddin Keyxosrovun (1236-1246) zərb etdirdiyi gümüş sikkələr üzərində aslan və günəş təsvirləri öz əksini tapmışdır. Hətta, Elxani hökmdarı Məhəmməd Olcaytu və Əbu Səidin zərb etdirdiyi mis pullar üzərində də aslan və günəş təsvirləri vardır.Köprülü F.M. Arslan. //İslam Ansiklopedisi, c. 1. MEB, İstanbul, 1978, s.607
Rui Qonsales de Klavixo Əmir Teymurun Keş şəhərindəki “Ağ saray”ını təsvir edərkən onun giriş qapısının üzərində günəşin fonunda aslan təsvirinin olduğunu qeyd edir. Onun fikrincə, aslan və günəş motivi Teymurun Səmərqənddə hakimiyyətdən uzaqlaşdırdığı şahzadənin gerbi olmuşdur.Клавихо Р.Г. Дневник путишествия в Самарканд ко двору Тимуру (1403-1406). Перевод, предисловие и комментарий И.С.Мироновой. М., 1990, s.103 1627-ci ildə Səmərqənddə inşa olunan dövrümüzə qdər gəlib çatan Sərdar mədrəsəsinin giriş qapısının portalında da aslan və günəş təsviri vardır.Shahbazi A.Sh. «Flags of Persia». //Encyclopedia Iranica, X/1, 1999, p. 19 F.M.Köprülünün fikrincə, görünür İranı fəth edən Əmir Teymur, Elxanilərin varisi olduğunu göstərmək üçün aslan və günəş motivini qəbul etmişdir. Hətta Teymurilərdən sonra Ərzincanı idarə edən Ağqoyunlu Qara Osmanın qardaşı Əhmədin oğlu Qılınç Arslanın zərb etdirdiyi sikkələr üzərində də aslan və günəş təsviri vardır.
Qeyd etmək lazımdır ki, Ağqoyunlu hökmdarları rəsmi məktublara, zərb etdirdikləri sikkələrə və bayraqlara Oğuzların Bayandur boyunun damğasını qoymuşlar. Görünür ki, aslan və günəş təsviri hüquqi bir əlamət deyil, yalnız astroloji motiv kimi istifadə edilmişdir.Köprülü F.M. Bayrak. //İslam Ansiklopedisi, c. 2. MEB, İstanbul, 1978, s. 414 Bu bir daha göstərir ki, hələ Səfəvilərin aslan və günəş astroloji motivindən istifadə etməsinə qədər bu təsvir Səlcuqlar, Elxanilər, Teymurilər və Ağqoyunlular tərəfindən istifadə edilmişdir. Şah İsmayıl (1501-1524) dövründə Səfəvilər dövlətinin bayraqları alt=Şah İsmayılın Əbülxeyir xanla döyüşü. Muin Müsəvvir. “Tarix-i aləmaray-i Şah İsmayıl”.|left|thumb|379x379px|Şah İsmayılın Əbülxeyir xanla döyüşü. Muin Müsəvvir. “Tarix-i aləmaray-i Şah İsmayıl”. Şah İsmayıl (1501-1524) dövründə Səfəvilər dövlətinin bayraqlarında aslan və günəş astroloji motivindən istifadə edilməmişdir. Qeyd etmək lazımdır ki, dövrün qaynaqlarında, eləcə də miniatürlərdə Şah İsmayıl və Şah Təhmasib dövründə mövcud olmuş bayraqlar arasında üzərində aslan və günəş təsviri olan bayraqlara rast gəlinmir. Hətta, 1514-cü ilin avqustun 23-də Çaldıran döyüşündə Səfəvi ordusu üzərində qələbədən sonra ələ keçirilən və hazırda Topqapı Sarayı Muzeyində saxlanılan Səfəvi bayraqları arasında da üzərində aslan və günəş təsvirləri olan bayraqların olmaması fikrimizi bir daha təsdiq edir. thumb|355x355px| Muin Müsəvvir. “Tarix-i aləmaray-i Şah İsmayıl” əsərində Səfəvi bayraqları. İran tədqiqatçısı Nayyer Nuri Qasimi Günabadinin “Şahnamə”sində verdiyi məlumatlara əsaslanaraq yazır ki, Şah İsmayıl dövründə üzərində ay təsviri olan yaşıl bayraqlar mövcud olmuşdur.Nuri H.N. “Beyraq-e şir o xorşid”. // İranşehr, II. Tehran, 1343 h.ş., s. 952 Bu fikri Amerika tarixçisi A.Ş.Şahbazi də təsdiq edir. O, “İran bayraqları” adlı məqaləsində Şah İsmayıl dövründə üzərində ay təsviri olan yaşıl bayraqların mövcud olduğunu qeyd edir.Shahbazi A.Sh. «Flags of Persia». //Encyclopedia Iranica, X/1, 1999, p. 20 Həqiqətən də I Şah Təhmasibin saray şairi Mirzə Qasimi Günabadinin 1533-cü ildə başa çatdıraraq Şah Təhmasibə təqdim etdiyi “Şahnamə” adlı tarixi poemasının “Şah İsmayıl-namə” adlı birinci hissəsində Şah İsmayıl dövründə üzərində ay və günəş təsviri olan yaşıl bayraqların mövcud olduğu qeyd edilir.Mirzə Qasimi Günabadi. Şah İsmayıl-name. Şeir və tarix. Naşiri dicitali: Mərkəzi təhqiqate rayani qayimeyi İsfahan. www.ghaemiyeh.com F.Köprülünün fikrincə, Peyğəmbər nəslindən olduğunu iddia edən və şiəliyi rəsmi məzhəb kimi qəbul edən Səfəvi hökmdarının yaşıl rəngli bayraqlarının olması təbiidir. Çünki o dövrdə yaşıl rəng bütün Yaxın Şərqdə Peyğəmbər ailəsinin rəmzi kimi qəbul edildiyi üçün İslam dünyasındakı seyyidlər yaşıl sarıq və cübbələri ilə xalq arasında seçilirdilər.Köprülü F.M. Bayrak. //İslam Ansiklopedisi, c. 2. MEB, İstanbul, 1978, s. 415
Qazi Əhməd Quminin “Xülasət ət-təvarix” adlı əsərində də I Şah İsmayıl dövründə Səfəvi yaşıl bayraqlarının olduğu qeyd edilmişdir.Qazi Əhməd Qumi. Xülasət ət-təvarix. Cildi əvvəl. Tehran, daneşgahi Tehran, 1383 h.ş., s. 199
“Tarix-i aləmara-yi Şah İsmayıl” əsərində Səfəvi bayrağı ilə bağlı verilən məlumatdan aydın olur ki, Şah İsmayılın bayraqlarından biri də ağ qumaşdan hazırlanmış, üzərində “Quran-ı Kərim”in 61-ci (“Səf”) surəsinin 13-cü ayəsində qeyd olunmuş “nəsrun-minəllahi və fəthun qərib” (“Allahdan kömək və yaxın bir zəfər vardır”) və onun qısaca forması olan “nəsrum-minəllahi” (“Allahdan kömək”) ifadəsi öz əksini tapmışdır.Mirzə Qasimi Günabadi. Şah İsmayıl-name. Şeir və tarix. Naşiri dicitali: Mərkəzi təhqiqate rayani qayimeyi İsfahan. WWW. ghaemiyeh.com Müin Müsəvvirin “Tarix-i aləmaray-i Şah İsmayıl” əsərinə çəkdiyi miniatürlərdən görünür ki, Səfəvilərin döyüş bayraqları arasında da üzərində “ya Əli mədəd” yazılmış qəhvəyi haşiyəli üçbucaq formalı ağ bayraq da mövcud olmuşdur.Musalı N. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmaray-i Şah İsmayıl” əsəri əsasında). Bakı, Elm və təhsil, 2011, s.322 left|thumb|315x315px| Şah İsmayıl Xətai dövründə Səfəvilər dövlətinin bayrağı Qeyd etmək lazımdır ki, Müin Müsəvvirin “Tarix-i aləmaray-i Şah İsmayıl” əsərinə çəkdiyi miniatürlər arasında Səfəvi hökmdarı Şah İsmayılın Əbülxeyir xanla döyüşünü əks etdirən miniatürdə üzərində “ya Əli vəli Allah mədəd” ifadəsi yazılmış üç bucaq formalı ağ bayraqları da mövcud olmuşdur.Атыгаев Н.А. Об одной интересной миниатюре в рукописи Сефевидского периода из музея Реза Аббаси (ИРИ, Тегеран). //Электронный научный журнал «edu.e-history.kz» №4 (8), 01 октября 2016, şək.3
Ağ rəngli Səfəvi bayraqları nəinki Şah İsmayıl dövründə, eləcə də XVII və XVIII əsrin əvvəllərində də mövcud olmuşdur. Maraqlıdır ki, II Şah Abbas tərəfindən 1647-1650-ci illərdə tanınmış rəssamlara çəkdirilən İsfahandakı Çehelsütun sarayının divar rəsmləri arasında, xüsusən də Çaldıran döyüşünü əks etdirən miniatürdə də beş bucaqlı formalı Səfəvi ağ bayrağı öz əksini tapmışdır. thumb|395x395px| 1590-cı il Heydər Mirzənin İstanbulda qarşılanması. Bakinin əsərinə çəkilmiş miniatür. Metropoliten Muzeyi. 1590-cı ilin mart ayında İstanbulda Səfəvi-Osmanlı sülhünün bağlanması ilə I Şah Abbas qardaşı oğlu Heydər Mirzəni İstanbula göndərmişdir. Nyu-York Metropoliten Muzeyində saxlanılan Osmanlı şairi Mahmud Əbdülbakinin (Baki) əsərinə çəkilmiş miniatürdə Heydər Mirzənin İstanbulda qarşılanma səhnəsi öz əksini tapmışdır. Həmin miniatürdə də Səfəvilər dövlətinin qırmızı haşiyəli ağ qumaşdan olan və üzərində Hz. Əlinin Zülfüqar qılıncının təsviri olan beş bucaqlı formalı bayrağı vardır.The Metropolitan Museum of Art, Accession Number: 38.167 – Metmuseum.org, invertar: 45.174.5
1677-ci ildə Səfəvilər dövlətinin hökmdarı Şah Süleymanın (1666-1694) sarayında olmuş ingilis Con Frayer Səfəvi bayrağını öz gözləri ilə görmüş və “Şərqi Hindistan və İran haqqında yeni hesabat” adlı əsərində onun təsvirini vermişdir. O, yazır: “Şah Süleyman düşmənlərinə qarşı səfərə çıxmaq əvəzinə, ağ qumaşın üzərində iki uclu qanlı bir qılınc təsviri olan bayraq altında yaşamağı üstün tutmuşdur”John Fryer. A new account of East India and Persia. London, 1698, p.356Osmanlı Arşivinde Bulunan Muahedenamelerden Örnekler. Devlet Arşivleri Genel Müdürlügü yayınları, Ankara, 2000, s. 20Aydoğmuşoğlu C. Safevi, Kaçar ve Babür bayrakları üzerine bir degerlendirme. //Türk Dünyası İncelemeleri Dergisi, XIII/2 (Kış 2013), s.54 Heç şübhə yoxdur ki, səyyahın təsvir etdiyi qılınc Hz. Əlinin Zülfüqar qılıncı olmuşdur. O, əsərinin 358-ci səhifəsində həqiqətən də qılıncın Hz. Əliyə məxsus Zülfüqar qılıncı olduğunu qeyd etmişdir.John Fryer. A new account of East India and Persia. London, 1698, p.358
Bu, bir daha təsdiq edir ki, Səfəvilər dövlətinin bayraqları arasında ağ qumaş üzərində Quran ayələri ilə yanaşı, Hz. Əlinin Zülfüqar qılıncının təsvir edildiyi bayraqlar da mövcud olmuşdur.