thumb|350px|right|Dünyanın müasir xəritəsi

Coğrafiya (, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində o iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya.

Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat - sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya da daxildir. Bu elm texniki elmdir. Lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.Л.П.Шубаjев. Yмуми Jершyнаслыг. Бакы. 1986. с.7.

Coğrafiyanin tarixi

Coğrafi biliklərin inkişafı və Yer kürəsinin öyrənilməsi dörd əsas dövrə bölünür: Qədim dövr. Orta əsrlər dövrü (V–XIV əsrlər). Böyük coğrafi kəşflər dövrü (XV–XVII əsrlər). Müasir coğrafi tədqiqatlar dövrü.

Qədim dövr İnsanlar qədim dövrlərdən başlayaraq ətraf əraziləri, onların təbii-coğrafi şəraitini, təbiətdə baş verən hadisələri öyrənməyə cəhd etmişdirlər.

Eyni zamanda yaxın ərazilərdə yaşayan tayfa və xalqları tanımaq, onların yaşadığı əraziləri bilmək insanlara daha çox qida toplaması yerlərini müəyyən etmək və tayfalararası toqquşmalardan uzaq olmaq üçün lazım idi. İnsanların sayının artması, müxtəlif ərazilərdə yaşayan tayfa birliklərinin yaranması dövlətlərin formalaşması ilə nəticələndi. Şumer, Misir, Yunanıstan, Roma, Çin və Hindistanda dövlətlərin yaranması daha uzaq əraziləri öyrənməyə maraq artırdı.

Şumerdə və Babilistanda coğrafi biliklərin toplanması Şumerdə tapılan ən qədim topoqrafik xəritə|thumbnail|left Babilistanda çəkilmiş ən qədim xəritə|150px|thumbnail|right Mesopotamiya ilkin coğrafi təsəvvürlərin və biliklərin yarandığı ərazilərdən biridir. Dəclə və Fərat çayları arasında məskunlaşan, şumerlər adlanan xalqlar tarix boyu bir neçə dövlət qurmuşdur.

Şumerlərin e.ə XXV əsrə aid gil lövhələr üzərində olan yazıları dövrümüzə qədər gəlib çatmışdır. Bu lövhələrdə balıq pulcuqlarına oxşar simvollarla Livan dağları, mərkəzdə paralel xətlərlə şumerlər üçün mühüm cəhət təyini obyekti olan Fərat çayının orta axarı, Zaqros dağları çəkilir. Dörd cəhətin olması fikri şumerlərə məxsusdur. Qədim Babilistana aid olunan (E.ə V əsr), hazırda Britaniya muzeyində saxlanılan xəritələrin birində şəhərlərin təsvirindən görünür ki, dünya dairəvi və yastı formadadır. Fərat çayı dağlardan başlayaraq ölkədən keçir və okeana tökülür. Xəritənin mərkəzində Babilistan, həmçinin kənarda Assuriya və Urartu dövlətlərinin adları yazılmış.

Qədim Misirdə coğrafi biliklər Qədim Misirlilərin öyrəndiyi ərazilər|thumbnail|left Uzaq ərazilərə ilk səyahətlər qədim misirlilərə məxsusdur. Müxtəlif tikililərdə, daşlar, fil sümüyü və ya papirus üzərində olan və bizə gəlib çatan yazılarda onların hərbi yerləri haqqında məlumatlar vardır. Bu məlumatlarda göstərilir ki, onlar e.ə XXIX əsrdə Suveyş körfəzinə çatmış və Sinay yarımadasına keçmişdir.

I Tutmos Suriyanı keçərək Fərat çayının yuxarı axarına, Xatşepşut dəniz səyahəti zamanı Punt ölkəsinə (indiki Somali yarımadası və Yəmən) çatmışdır.

E.ə VII əsrin sonunda firon Nexo Misir-Finikiya donanmasında Qırmızı dəniz boyu cənuba üzərək üç il ərzində Afrikanın ətrafında dolanaraq geri qayıtmışlar. Bu səyahət barədə qədim yunan alimi Herodot da məlumat vermişdir.Coğrafiya ensiklopediyası. I kitab. Bakı: 2012, s.7.

Bisutun yazıları|thumbnail|right

Qədim İranda ətraf ərazilər haqqında məlumatlar İndiki İran ərazisində qədim dövrlərdə mövcud olmuş Əhəmənilər imperiyası böyük gücə malik idi. Böyük II Kirin hakimiyyəti dövründə (e.ə 558-e.ə 530) İran, Midiya, Lidiya, Kiçik Asiyada olan yunan şəhərləri, Mesopotomiya, o cümlədən Babilistan, Mərkəzi Asiyanın çox hissəsi, Qafqaz onun tabeliyində olmuşdur.

I Dara dövründə (e.ə 522-e.ə 486) farslar Pamir yaylası (qədim fars dilində Pa-i-maxr-Günəş allahı olan Mitra damı), Fərqanə vadisi, Amudərya çayının yuxarı axarı, Hind çayının sağ sahillərindəki əraziləri tanıyırdılar.

I Daranın dövründə olan yürüşlər və zəfər qazandıqları ölkələr haqqında məşhur Bisutun yazıları qalmışdır.

Farsların məlumatları əsasında Heradot yazır: "Xəzər daxili su hövzəsidir, heç bir dənizlə əlaqəli deyildir. Onun uzunluğu avarlı gəmidə 15 günlük, eni ən geniş yerdə 8 günlük yoldur".http://www.kitabxana.net/files/books/file/1280412030.pdf .

Finikiya gəmisi|thumbnail|right

Finikiyada coğrafi biliklər Finikiya dənizçiləri Aralıq dənizi sahillərini öyrənmiş, ilk dəfə Cəbəllütariq boğazından Atlantik okeanına çıxmış, Avropa və Afrika sahilboyu ölkələrində olmuşlar.

Bəzi məlumatlarda finikiyalıların Baltik dənizinə qədər getdiyini, buradan kəhraba apardığını sübut edir. Bundan başqa finikiyalı dənizçilər ilk dəfə ekvatoru kəsib keçmişlər və ilk dəfə günəşi şimalda görmüşlər.И.Ш.Шифман. Финикийские мореходы. Наука, 1965, c.43–49

Qədim Hindistanda coğrafi biliklərin yaranması Qədim hindlilərin coğrafi biliklərinin ilk ümumiləşmiş forması onların müqəddəs kitabələrində saxlanır. Hindlilərin ən qədim salnaməsi olan Riqveda kitabında (Himinlərin elmi) poetik formada Sindxu (Hind) çayı və onun qolları təsvir olunur.

Müqəddəs himinlər toplusu olan Vedalar kitabında "Bxavana darza" (Dünyanın güzgüsü) adlı hissə dünyanın qurluşunun təsvirinə həsr edilmişdir. Mahabharataın altıncı kitabının "Coğrafiya" bölməsində olan 300 şeirdə okeanlar, dənizlər, dağlar və çayların adı var. Ramayana kitabında b.e.ə III əsrdə hindlilərə məlum olan Yer kürəsi təsvir olunur.

Qədim Çində coğrafiyanın inkişafı Çin kompasının modeli|thumbnail|left Qədim Çin coğrafiyanın inkişaf etdiyi mərkəzlərdən biri olmaqla bərabər, həm də o dövrdə öyrənilən ərazilərin geniş olması, əkinçiliyin yaxşı inkişaf etməsi ilə fərqlənir. Qədim Çin mədəniyyəti e.ə.II-I minillikdə Xuanxe və Yantsız çaylarının aşağı axınlarındakı düzənlikdə yaranmışdır. Qədim çinlilər Xuanxe və Yantsızı çayları boyunca yuxarı qalxaraq dağlıq əraziləri və aşağı enərək Sarı dənizi və Cənubi-Şərqi Çin dənizi sahillərini, Koreya yarımadasını və həmçinin Tayvan adasını kəşf etmişlər.

E.ə. II əsrdə coğrafiyaya dair əsərlərin xüsusi forması-səyahətlərin yol təsviri yaranır. Belə təsvirin müəlliflərindən biri olan Çjan-Syan e.ə. 138-ci ildə Çin imperatoru tərəfindən Mərkəzi Asiyanın Yeddiçaylıq (Semireçye-rus) rayonunda köçəri həyat sürən sakların düşərgəsinə göndərilir, lakin onu yolda Mərkəzi Monqolustan və Trans-Baykal yüksək düzənliklərində hökmranlıq edən hunlar əsir götürür. On il əsirlikdə qaldıqdan sonra qaçmağa müyəssər olur.

Mərkəzi Tyan-Şanın hündür aşırımlarından keçib donmayan İssık-Kul gölünün cənub sahilinə köçəri sakların düşərgəsi olan – Çiqu şəhərinə gəlib çıxır, oradan yenidən dağ aşırımlarını keçərək Narın çayı dərəsi boyunca Fərqanə vadisinə – Quşyan (Kassan) şəhərinə gəlir. Bir il sonra vətənə qayıdan Çjan-Syan Pamir dağlarını şimaldan (Alay vadisindən) keçərək Təklə-Məkan səhrasına gəlib çatır. Onun səthi ilə bir vadidən digərinə keçərək axarsız duzlu göl (Lobnor) yerləşən geniş yastı çökəkliyə çatır. Özünün hesablamalarına görə 14.2 min km yol qət etmiş Çjan-Syan ilk dəfə çinliləri Mərkəzi Asiyanın çölləri, səhraları, iri dağ sistemləri-Tyan-Şan və Pamir, bu dağlardan başlayan və "Qərb dənizinə" – (Aral dənizi) tökülən Amu-Dərya və Sırdərya çayları haqqında dürüst məlumatlarla tanış etmişdir. Onun keçdiyi marşrutla e.ə. II–I əsrlərin sərhədlərində Böyük İpək yolunun cənub qolu salınmışdır.

Tarixi məlumatlara görə e.ə. XI–VIII əsrlərdə Çində ipək parça üzərində yüksək səviyyədə tərtib olunmuş torpaq və poçt yolları və digər xəritələr düzəldilirdi. Onlardan biri olan "hərbi" xəritədə yollar, çaylar, dağlar, hərbi postlar, siqnal qüllələri, yaşayış yerləri və orada olan evlərin sayı və s. əks olunmuşdur. Xəritələrdə yerlər dəqiqliklə göstərilirdi. Bunun üçün ən mükəmməl alət olan kompasdan istifadə olunması haqqında çin səyyahları hələ e.ə. III əsrdə məlumat verməyə başlamışdılarKompas.

Bizim eranın III əsrində məsafə ölçən alət icad olunur; yüngül arabacığın təkəri və barabanı dişli ötürücü ilə birləşdirilirdi. Hər "li" (576 m) barabana vurmaqla qeyd olunurdu. Bu icadın köməyi ilə Çində ipək parça üzərində 18 səhifədən ibarət böyük regional atlas düzəldilmişdir ki, bir adam onun səhifəsini güclə çevirə bilirdi.

Antik coğrafiya Qədim Yunanıstanda və Qədim Roma b.e.ə. I minillikdən eramızın V əsrinə qədər yüksək inkişaf səviyyəsində olmuşdur. Eyni zamanda indiyə qədər gəlib çatan mənbələr göstərir ki, digər elmlərlə yanaşı burada "Coğrafiya" da yüksək inkişaf etmişdir.

Yunanıstanda "Coğrafiya" elmi Hekateyin xəritəsi|thumbnail|left B.e.ə XVI–XV əsrlərdə Aralıq və Qara dənizləri birləşdirən Hellesnont (Dardanel) və Bosfor boğazları artıq yunanalara məlum idi. Yunanlar-axeylilər az vaxtda Krit adası da daxil olmaqla ətrafda olan Rodos, Kipr, Evbeya adaları və digər sahilboyu əraziləri öz əsarətlərinə aldılar.

B.e.ə. VIII–V əsrlərdə yunanlar Aralıq dənizinin bütün sahillərinə yayıldılar. Milet şəhərindən olan dənizçilər Nil çayının mənsəbində olarkən onun yunan hərfi deltaya (Δ) oxşadığını nəzərə alaraq bu ərazini Delta adlandırdılar.Coğrafiya ensiklopediyası.I kitab.Bakı 2012.s.15 Yunanlar Qara dənizinin şimal sahillərində və dənizin Qafqaz dağları ilə olan sahillərində 50-dən çox məntəqənin əsasını qoymuşdular.

Qədim Yunanıstanda təbiətşünaslığın əsasını Miletli Fales (b.e.ə. VII əsrin sonu-VI əsrin ortaları) qoymuşdur. O, "üfüq", "üfüqün cəhətləri" terminini ilk dəfə işlətmiş və o vaxtdan coğrafiya xəritələri cəhətlərə əsasən tərtib olunur. İlk belə xəritənin tərtib edilməsi (b.e.ə. 550 il) Falesin şagirdi Aneksimandrın adı ilə bağlıdır. O, "Dünyanın xəritəsi" və "Qlobus" traktatlarını yazmışdır. Miletli coğrafiyaçılar "qitələr" terminindən istifadə edərək "Asiya" və "Avropa"nı ayırmağa başladılar. Aneksimandrın müasiri olan Miletli Hekatey Liviyanı (Afrika) da əlavə qitə kimi ayırmışdır. Hekatey dünyanın yunanalara məlum olan hissəsinin bizə gəlib çatan ilk xəritəsini tərtib etmişdir.

Heradot (b.e.ə. 490–425) özünün "Tarix" kitabında təkcə hadisələr haqqında deyil, həm də gəzdiyi ərazilərin əhalisi, təsərrüfatı, coğrafi təsviri haqqında da məlumat verir.

Yerin kürə şəklində olması əvvəlcə b.e.ə. VI əsrdə Pifaqor, sonra Eleyadan olan Parmenid (b.e.ə. V–IV əsrlər) tərəfindən irəli sürülmüşdür. Bu fikirlər faktlarla təsdiq edilmirdi. Pifaqorun fikrinə görə kürə ideal formadır. Ona görə ilahi qüvvə bütün göy cisimlərinə belə ideal forma vermişdir.Coğrafiya ensiklopediyası.I kitab.Bakı 2012.s.15. Eratosfenin ölçü işləri|300px|thumbnail|right